ABB mobile: Bank & Kredit
iPhone / Finance
ABB mobile ilə 24/7 ödənişlər, köçürmələr, kart, kredit, keşbek və digər bank əməliyyatlarınız rahatlıqla həll edin.
ABB mobile:Rəqəmsal bankçılıq təcrübəsi
ABB mobile ABB-nin təqdim etdiyi rəqəmsal bankçılıq və kredit idarəetmə tətbiqidir. Bu tətbiq ilə siz 24/7 bank xidmətlərindən istifadə edərək ödənişlərinizi sürətli, təhlükəsiz və rahat şəkildə həyata keçirə bilərsiniz. ABB mobile ilə onlayn kredit müraciəti, pul köçürmələri, keşbek (cashback) qazanmaq, bank əməliyyatlarını və ödənişləri sadəcə bir neçə toxunuşla idarə etmək mümkündür.
Ödənişlər və keşbek
ABB mobile tətbiqi ilə bütün ödənişlər, o cümlədən bank əməliyyatları və kredit ödənişləri asanlıqla həyata keçirilir. Kart sifariş edərək nağdsız ödənişlər edə, həmçinin alış-verişlərdə “2x ƏDV geri al” təklifindən yararlana bilərsiniz. Tətbiqindəki keşbek imkanları ilə alış-verişləriniz daha sərfəli olacaq. Həmçinin ABB mobile-da Fayda Max proqramı ilə komissiyasız ödənişlər və daha çox üstünlük mövcuddur.
Onlayn kredit və bank kartları
ABB mobile ilə onlayn kredit müraciəti etmək çox asandır. Kredit kalkulyatoru vasitəsilə kredit faizləri və şərtləri barədə məlumat əldə edə, ən uyğun təklifi seçərək kreditinizi sürətli şəkildə sifariş edə bilərsiniz. Eyni zamanda bank kartlarınızı da mobil tətbiq vasitəsilə idarə etmək imkanınız var.
Pul köçürmələri və ödənişlər
ABB mobile ilə ölkədaxili və ölkəxarici köçürmələri rahatlıqla həyata keçirə bilərsiniz, həmçinin pul köçürmə əməliyyatlarınızı daha asan və effektiv idarə edə bilərsiniz. Pulsuz köçürmələr və ödənişlər ilə maliyyə əməliyyatlarınız da asanlaşdırılıb. Kommunal, mobil, TV, internet, hökumət ödənişləri və daha çoxunu yalnız bir neçə toxunuşla yerinə yetirmək və keşbek qazanmaq mümkündür.
Sığorta
ABB mobile sığorta xidmətləri əldə etmək imkanı da təklif edir. Əmlak, avtomobil və digər əhəmiyyətli sığortaları bu tətbiqdən ala bilərsiniz.
Yüksək faizli əmanət
12%-dək illik gəlir təmin edən DigiDeposit ilə əmanət yerləşdirmək və gəlirinizi artırmaq fürsətiniz var. ABB mobile ilə filiala getmədən, tam onlayn depozit hesabı aça və vəsait yerləşdirə bilərsiniz.
İnvestisiya və səhmlər
ABB mobile ilə həm yerli, həm də ABŞ fond bazarlarına investisiya etmək mümkündür. Tam onlayn qaydada investisiya hesabı aça, qlobal və yerli şirkətlərin səhmlərinə investisiya edərək gəlirinizi artıra bilərsiniz.
Təhlükəsiz bankçılıq
ABB mobile tətbiqi ilə maliyyə əməliyyatlarınız tam təhlükəsizdir. Kredit kartı və digər bank əməliyyatları ilə əlaqədar məlumatlarınız yüksək səviyyədə qorunur. ABB mobile ilə ölkədaxili və beynəlxalq pul köçürmələrini asan və təhlükəsiz etmək mümkündür. Kart itirildikdə və ya kibercinayət halları baş verdikdə kart bloklama funksiyası ilə təhlükəsizliyiniz təmin edilir.
Tam DigiCard – Tam digital kart
ABB mobile ilə olduğunuz yerdə pulsuz digital kart əldə edə bilərsiniz. Bu kart vasitəsilə komissiyasız köçürmələr və ödənişlər etmək, keşbek təkliflərindən yararlanmaq mümkündür. Tam DigiCard bank əməliyyatlarınızı rahatlıqla idarə etməyiniz üçün idealdır. Həmçinin mobil bankçılıq imkanlarından istifadə etdikdə əməliyyatlarınız daha sürətli və təhlükəsiz olacaq.
ABB mobile ilə həyatınızı asanlaşdırın və maliyyə əməliyyatlarınızı rahatlıqla idarə edin. Bank xidmətlərinizə rahat giriş və kredit əməliyyatlarınızı asan idarəetmə üsulları ilə tanış olun.
Quoi de neuf dans la dernière version ?
Tətbiqimizin bu versiyasındakı əsas yenilikləri bölüşürük:
- Tətbiqdə yaratdığımız "What's new" platformasında həm yeniliklərimizlə tanış olun, həm də interaktiv bələdçilərin köməyi ilə yeni müştəri təcrübələrini rahat sınaqdan keçirin!
- Süni intellekt əsaslı Fərdi maliyyə menecerləriniz AI-nur və AI-khandan üç xoş xəbər var:
• Onlarla danışaraq kart limitlərinizi də idarə edəcəksiniz, həm ölkədaxili, həm ölkəxarici əməliyyat limitlərini artırıb, azaltmaq mümkün olacaq!
• AI-nur və AI-khan artıq nağd kreditləriniz barədə suallarınızı da cavablandıracaqlar, məsələn, nə qədər kredit borcunuzun qalmasını, aylıq ödənişlərinizin vaxtını, kredit
faizlərinizi və s. onlardan öyrənəcəksiniz!
• Fərdi Maliyyə Menecerinizin Sizə daha da əlçatan olması üçün onu artıq telefonunuzun ekranına əsas ekran qısayolu (vidcet) kimi də əlavə edə bilərsiniz!
- ABB mobile-da uşaqlar üçün yeni rəqəmsal təcrübə! Balaca müştərilərimiz artıq rəqəmsal bankçılıqla daha sadə, maraqlı və valideyn nəzarəti ilə təhlükəsiz şəkildə tanış ola biləcəklər. Bu yenilik uşaqların pulla bağlı ilk vərdişlərini formalaşdırmağa və daha məsuliyyətli maliyyə davranışına doğru addım atmasına dəstək olur!
- "Dostunu dəvət et" funksiyası ilə cəlb etdiyiniz hər bir şəxs ABŞ bazarında hesab açdıqdan sonra komissiya endirimi, Sizsə əlavə mükafat qazanırsınız!
- İnvestorlar üçün portfellərin ümumi vəziyyətini izləmək, gəlirliliyi analiz etmək və əsas investisiya məlumatlarına daha sürətli çıxış əldə etmək imkanı verən bir sıra yeni funksionallıqlar da təqdim etmişik!
- “ƏDV geri al” kartındakı vəsaitləri artıq “Dama-Dama” hesabına avtomatik köçürmək olar. Tənzimləmələr bölməsindən bu funksiyanı aktivləşdirirsiniz, “ƏDV geri al” kartınızda toplanmış məbləğ hər ay avtomatik olaraq “Dama-Dama” hesabınızda toplanıb Sizi yığım hədəfinizə daha da yaxınlaşdırır!
- Məhsulların, o cümlədən kartların, hesabların, eləcə də digər tətbiq funksionallıqlarının sıralanmasını daha da sadələşdirdik. Onları bir nöqtədən idarə edib özünüz üçün ən rahat şəkildə sıralaya bilərsiniz!
Here are the key updates included in this version of the app:
- Explore the latest app updates and new features in the new “What’s new” section with interactive guides!
- Your AI-powered Personal Finance Managers, AI-nur and AI-khan, have three exciting updates for you:
• You can now manage your card limits by chatting with AI-Nur and AI-Khan, including increasing or decreasing both domestic and international transaction limits!
• AI-nur and AI-khan can now also answer your questions about your loans. For example, you can ask them about your remaining loan balance, upcoming monthly payment
dates, loan interest rates, and more!
• To make your Personal Finance Manager even more accessible, you can now add it to your phone’s home screen as a shortcut widget!
- A new digital experience for children! Our young customers can now explore digital banking in a simpler, more engaging, and safer way under parental supervision. This new feature helps children develop their first financial habits!
- With the “Invite a Friend” feature, each person you invite receives a commission discount after opening an account in the US market, while you earn an additional reward!
- We have also introduced a number of new functionalities for investors, allowing them to track the overall status of their portfolios, analyze profitability, and access key investment information more quickly!
- You can now automatically transfer funds from your “ƏDV card” to your “Dama-Dama” account. Simply activate this feature in the Settings section, and the amount accumulated on your “ƏDV card” will be automatically transferred to your “Dama-Dama” account every month, helping you move even closer to your savings goal!
- Arranging products, including cards, accounts, and other app functionalities, is now even easier. You can now manage them from one place and organize them in the way that is most convenient for you!